(050) 235 43 33 realdentvip@gmail.com

  •  
    Realdent VİP klinikasının Stomatoloji Laboratoriyası hazırki dövrdə Ortodontiya sahəsində dünya standartlarına uyğun olan və tam keyfiyyətli materiallardan istifadə edərək funksional apparatlar hazırlayır və bu apparatlar ortodontik müalicənin düzgün aparılmasına xüsusi imkan yaradır. Müxtəlif yaş qruplarına uyğun və müxtlif kliniki vəziyyətdə istifadəsinə uyğun olaraq ortodontik apparatlar müxtəlifdir. Tərkibi plasmas və metal qarışığı olan funksional apparatlar insan sağlamlığına heç bir zərər verməyən və standartlara uyğun şəkildə Almaniyanın "Forestadent" şirkətinə məxsus məhsullarla hazırlanır. Həmçinin laboratoriyaməzda müasir dövrdə ən geniş yayılmış 3D çap və eləcədə Elayner (Aligner) sisteminin hazırlanmasıda həyata keçirilir. Müasir avadanlıqlarla hazırlanmış funksional apparatlar istifadə zamanı çox konfortlu və rahatdır heç bir əks təsir göstərmir. Pasientlərə xidmət etməkdə çox məmnunuq.



    ***

    Funksional apparatlar


    Schwarz (Şvarz)
     
    Bu apparatlar kiçik və yeniyetmə yaşına çatmamış pasientlərin istifadəsi üçün nəzərdə tutulmuş funksional apparatdır. Apparat yuxarı və aşağı çənələrin hər ikisində də istifadə edilə bilər. Dişləmin pozulması və ya hər hansı dişin düzgün yerləşməməsi zamanı bu apparatlardan geniş istifadə edilir.
    Daxili hissəsindəki kilidin köməkliyi ilə dişlər və çənədə olan sıxlıq rahatlıqla aradan qalıdırıla bilər. Apparatlar müxtəlif rənglərdə çənə və damağın formasına uyğun hazırlanır. Çıxan apparatlar sinfinə aiddir. Bu apparat sutkanın müxtəlif vaxtında taxılıb çıxarıla bilir.






    ***

     RPE (Rapid Palatal Expander / Damağı Tez Genişləndirici)

    Metal konstruksiya olan RPE (Rapid Palatal Expander / Damağı Tez Genişləndirici) apparat yeniyetmə yaşına kimi istifadə edilə bilər. Plastinkalardan fərqli olaraq bu apparat sırf damağı daha sürətlə genişləndirmək və eyni zamanda breketlərin apparatla bərabər istifadəsinə imkan yaradır. Çıxmayan konstruksiyadır. Bu apparatlarda olan kilid daha dözümlü və sərt formadadır. Damağın formasına uyğun olaraq müxtəlif formaları mövcuddur. Halqalara bərkidilərək hazırlanan apparat damağı genişləndirmək məqsədi ilə istifadə edilir. Bizim klinikada istifadə edilən RPE kilidləri "Forestadent" şirkətinə məxsusdur. Buna səbəb isə məhz həmin şirkətin patentini aldığı bir funksiya vardır. Bu funksiya kilidin tam açıldıqdan sonra bloklanmasıdır. Bu isə damağın geri daralmasının qarşısını alır.


    ***


    Frog (Qurbağa)

    Fərqli görünüşə malik olan bu funksional apparat özünəməxsus xüsusiyyəti ilə seçilir. Alman keyfiyyəti ilə "Forestadent" şirkətinə malik olan bu apparat distalizasiya üçün istifadə edilir. Daha dəqiq desək böyük azı dişləri geri dartmaq üçün. Digər distalizasiya apparatlarından fərqli olaraq Frog (Qurbağa) apparatını həkim özü idarə edə bilir. Yəni açar vasitəsi ilə kilidi açdıqda istənilən qədər distalizasiya etmək mümkündür.




    ***

    Hawley (Havley) 


    Görünüşcə Şvarz aparatına oxşasada məyyən fərqliliklərə malikdir. Bu apparat ortodontik müalicədən sonra istifadə edilir. Hazırlanmasında plasmas və metal qövslərdən istifadə edilir. Lakin fərqli xüsusiyyətləri ondan ibarətdirki Hawley ortodontik müalicə sonrası müalicəni stabil saxlamaq və passiv halda saxlamaqdır. Dişlərin formasında xüsusi əymələr və diş formasını alan qövslər onların passiv halda sabit qalmasını təmin edir. Eləcədə klammerlərdə dişlərin formasına uyğun olaraq hazırlanır.скачать dle 12.0